Ana səhifəISO

  

“İNFRACON” MMC-NİN KEYFİYYƏT, SAĞLAMLIQ VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ, ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏTİ


“Infracon” MMC öz iş fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyini rəhbər tutaraq təqdim etdiyi məhsul, xidmətlərin müvafiq yerli və beynəlxalq norma, standartlar çərçivəsində və “yüksək keyfiyyət, təhlükəsiz əmək şəraiti, planlaşdırılmış vaxt çərçivəsində işin təhvili və ətraf mühitə qayğı” prinsipinə uyğun olaraq tam ödənilməsini strrateji prioritet olaraq qəbul etmişdir. Bununla bağlı aşağıda qeyd olunan prioritetlər müəyyən edilmişdir:

  • Cəmiyyətin iş fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinin, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Cəmiyyətin daxili normativ sənədlərinin və Nizamnaməsinin tələbləri əsasında həyata keçirilməsinin təmin edilməsi;
  • Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin hər tərəfli öyrənilməsi, təhlili, qiymətləndirilməsi və uyğunluğun təmin edilməsi məqsədi ilə öhdəliklərin müəyyən edilməsi və bu öhdəliklər əsasında məqsəd və hədəflərin təyini və icrasının təmin edilməsi;
  • İş fəaliyyətinin icrasının düzgün planlaşdırılması, təşkili və nəzarət tədbirləri vasitələri ilə resursların effektiv və səmərəli istifadəsi;
  • Cəmiyyət tərəfindən iş fəaliyyətinin aparıldığı obyektlərdə təhlükəsizlik texnikası, ətraf mühit və istehsalat təhlükəsizliyi ilə bağlı qayda və normaların tətbiqi və onlara riayət olunmasını podratçı və tədarükçü təşkilatlardan, işçi heyətindən tələb olunması və yerinə yetirilməsinə nəzarətin təmin edilməsi, habelə fərdi mühafizə vasitələrinin və yeni texnologiyaların geniş tətbiqi ilə peşə xəstəliklərinin, zədələnmə hadisələrinin, qəzaların yaranma risklərinin azaldılmasının təmin edilməsi;
  • Ola biləcək hadisə, insident, qəza və s. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün ayrılan qüvvə və vasitələrin, habelə bütün işçi heyətinin zəruri hazırlıq səviyyəsinin təmin edilməsi. Baş vermiş hadisənin təsirinin minimallaşdırılmasının və fəsadlarının aradan qaldırılmasının təmin edilməsi;
  • Ekoloji cəhətdən müsbət imicə malik, özünün və təqdim etdiyi məhsulun və xidmətin zəruri lisenziya, sertifikatları olan, habelə ekoloji təmiz enerjiyə üstünlük verən kənar tədarükçilərlə iş fəaliyyətinin qurulması, tələblərə cavab verməyən kənar tədarükçilərin təçhizat fəaliyyətindən kənarlaşdırılması;
  • Tullantıların azaldılması, onların ətraf mühitə atılmasının qarşısının alınması, zərərsizləşdirilməsi və utilizasiyası üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin ətraf mühit aspektlərinin idarə olunması üzrə tədbirlərin planlanması və həyata keçirilməsinin təmin edilməsi;
  • Cəmiyyətin idarəetmə sisteminin ISO 9001, ISO 14001 və ISO 45001 beynalxalq standartlarının tələblərinə uyğun qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi vasitəsi ilə Cəmiyyətin ətraf mühitə və insan sağlamlığına mənfi təsirinin qarşısının alınmasının, təhlükəsiz əmək şəraitinin, habelə maraqlı tərəflərin məmnunluğunun arzu olunan səviyyəsinin təmin edilməsi;
  • Fəaliyyət nəticələrinin yaxşılaşdırılması məqsədilə İS-in yararlılığının, adekvatlığının və effektivliyinin davamlı olaraq təkmilləşdirilməsi tədbirlərinin planlanması və yerinə yetirilməsinin təmin edilməsi, zəruri resurslarla təminatın həyata keçirilməsi, habelə hər bir işçinin aidiyyatı olduğu müvafiq prosesin qurulmasında, tətbiqində və inkişafında səmərəli iştirakına nail olmaq.




İnnovasiyanın İnfrastrukturla Kəsişdiyi Məkan !