Ana səhifəXidmətlərXüsusi torpaq və svay işləri

Xüsusi torpaq və svay işləri

Torpaq işləri inşaat prosesinin ilk mərhələsidir, tikilinin möhkəm və təhlükəsiz əsas üzərində qurulmasını təmin edir. Xüsusi torpaq işləri isə, müəyyən bir layihə və şəraitə uyğun olaraq daha detallı yanaşma və əlavə tədbirlər tələb edir.

Fəaliyyətimizin böyük bir qismini təşkil edən xüsusi torpaq işlərimiz bir neçə növə bölünür:

-   ankerlərin torpağa bərkidilməsi və binaların "torpaqda divar"  üsulu ilə tikilməsi.

-   torpağın  təhlükəli geoloji proseslərdən mühafizəsi, sürüşmə və uçqun əleyhinə tədbirlər (susuzlaşdırma,qruntun sıxlaşdırılması,istinad divarları və s.).

-   enmə quyularının və kessonların qurulması.

-   qazma partlayış işləri və qaya torpaqlarının çıxarılması.

-   çətin relyef , dağlıq ərazilərdə şəbəkə və kommunikasiyaların mühəndis mühafizəsi.


Fəaliyyətimizin daha bir önəmli hissəsini svay işləri təşkil edir.Svaylar yükü tikilidən torpağa ötürmək, yumşaq qruntların daşıma qabiliyyətini artırmaq, boşluqları suya girişdən çəpərləmək və torpağın çökməsinin yaxud sürüşməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur.İnfracon xüsusi torpaq və svay işlərini yerinə yetirmək üzrə ixtisaslaşmışdır.







İnnovasiyanın İnfrastrukturla Kəsişdiyi Məkan !