Müasir şəhərlərdə nəqliyyat axınlarının idarə olunması,avtomobil yollarının səmərəliliyinin artırılması üçün körpülər və yol ötürücüləri mühüm rol oynayır. Hal-hazırda körpü , yolötürücülərin dizaynı və tikintisində texnologiya -mühəndislik elmləri əhəmiyyətli irəliləyişlər əldə etmişdir. Onlar həm texnoloji, həm də memarlıq baxımından şəhərlərin inkişaf səviyyəsini əks etdirir. Müasir və davamlı infrastrukturun qurulması gələcək nəsillərin daha rahat və təhlükəsiz həyat sürməsinə zəmin yaradır.Xüsusi əhəmiyyət kəsb edən belə mühüm obyektlərin tikintisi üçün yalnız və yalnız yüksək keyfiyyətli, təcrübələrlə sınanmış materiallardan istifadə edərək tikintini həyata keçiririk.

